FHN: Samur-Abşeron kanalında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 9-da Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisində avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz şəkildə həyata keçirilir.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:38]
Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
- 15.10.2026 [13:13]
Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm
- 15.10.2026 [13:01]