FİDENİN VİTSE-PREZİDENTİ HƏBSDƏN BURAXILDI
FİDE-nin mətbuat xidməti bildirmişdir ki, yerli hakim Azmayparaşvilinin 500 avro ödənilməklə zaminə buraxılmasına icazə vermişdir. Onun işinə baxılmasının vaxtı hələ təyin edilməmişdir.
FİDE vitse-prezidentinin özü isə bir daha demişdir ki, “asayiş keşikçilərinin ona qarşı zorakılığına əsas yox idi”. O, amansızcasına döyülmüş və yumruq izləri bədənində hələ də qalmaqdadır.
Xatırladaq ki, Olimpiadanın bağlanış mərasimində təşkilatçılar kişi və qadın yığma komandalarının ümumi qələbəsinə görə yarışlarda təsis olunmuş keçici Kubokun beşqat dünya çempionu Nona Qaprindaşvilinin adını daşıdığını elan etməmişdilər. Ona görə də Azmayparaşvili buna aydınlıq gətirməyə və təşkilatçıların “səhvini” düzəltməyə cəhd göstərdikdə onu döymüş, sonra da salondan çıxarmışdılar. Halbuki vitse-prezidentin “xüsusi vacib şəxslər üçün” akkreditasiyası vardı.
FİDE baş vermiş hadisəyə görə bütün məsuliyyəti yarışların təşkilatçılarının və İspaniya Şahmat Federasiyasının üzərinə atmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]