FİFA-nın 9-cu prezidenti: Canni İnfantino
Bakı, 27 fevral, AZƏRTAC
FİFA-nın 9-cu prezidenti Canni İnfantino 1970-ci il martın 23-də anadan olub. İxtisasına görə hüquqşünasdır. Evlidir, üç uşağı var.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Avropa Futbol İttifaqında (UEFA) işə keçməzdən öncə İnfantino Nevşatel universitetinin nəzdində fəaliyyət göstərən beynəlxalq idman tədqiqatı mərkəzinin (CIES) baş katibi, bundan əvvəl isə müxtəlif futbol təşkilatlarında, o cümlədən İsveçrə, İspaniya və İtaliyanın peşəkar liqalarında müşavir vəzifələrində çalışıb.
2000-ci ilin avqustundan UEFA-da işləməyə başlayan İnfantino qurumun hüquqi və kommersiya məsələləri, həmçinin peşəkar futbol problemləri ilə məşğul olub. 2009-cu ildən UEFA-nın baş katibi postunu tutub. Onu futbol fəaliyyətindən 6 illik uzaqlaşdırılması səbəbindən seçkilərə buraxılmayan Mişel Platininin “sağ əli” də adlandırırlar.
Xatırladaq ki, Canni İnfantino fevralın 26-da FİFA-nın növbədənkənar konqresində 207 milli futbol federasiyasından 115-nin səsini qazanaraq təşkilatın yeni başçısı seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]