FİLİPPİNDƏ PREZİDENT SEÇKİLƏRİ ARROYONUN QƏLƏBƏSİLƏ BAŞA ÇATMIŞDIR
Ötən bazar ertəsi keçirilmiş seçkilərdə 43,5 milyon seçicinin 80 faizindən çoxu iştirak etmişdir. Arroyonun əsas rəqibi tanınmış yerli kinoaktyor Fernando Po idi. Son məlumata görə, indiki prezident onu 7-8 faiz qabaqlamışdır.
Filippinlilər prezidentlə yanaşı, 12 senator, parlamentin aşağı palatasının 200-dən çox üzvünü və yerli hakimiyyət orqanlarının təqribən 17 min nümayəndəsini də seçmişlər. Dekabrın ortalarından bəri davam edən seçkiqabağı kampaniya zamanı namizədlərə qarşı bir neçə sui-qəsd törədilmiş, habelə müxtəlif siyasi partiyaların tərəfdarları arasında silahlı toqquşmalar olmuş, 114 adam öldürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]