Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətləri sərtləşdirir
Bakı, 28 iyun, AZƏRTAC
Finlandiya Prezidenti Sauli Niinistö və respublika hökuməti yanında xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nazirlər komitəsi Rusiya vətəndaşlarının ölkəyə girişinə mövcud məhdudiyyətləri saxlamaq və lazım gələrsə, onları sərtləşdirmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Rusiya vətəndaşlarının Finlandiyaya və bu ölkə vasitəsilə Şengen zonasının digər dövlətlərinə səfərləri olub. Prezident və nazirlər komitəsi belə bir səyahətin Finlandiyanın beynəlxalq münasibətlərinə zərər verə biləcəyi qərarını gəlib. Bunu nəzərə alaraq, respublikanın hakimiyyət orqanları bunun üçün üzrlü səbəbləri olmayan Rusiya vətəndaşlarının ölkəyə girişinə mövcud məhdudiyyətlərin saxlanmasına razılıq verib və “pozulmaların qarşısını almaq üçün onları sərtləşdirməyin” zəruriliyini vurğulayıb.
Qeyd edək ki, Finlandiya 2022-ci ilin sentyabrında rusiyalı turistlərin ölkəyə girişinə məhdudiyyətlər tətbiq edib. Real ehtiyac olmadan səyahət qadağası digər Avropa ölkələrinə tranzit səyahətlərə də aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]