FİNLANDİYA YIĞMASININ BAŞ MƏŞQÇİSİ OYUNUN NƏTİCƏSİNDƏN RAZIDIR
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Finladiya millisini qələbə münasibətilə təbrik etmiş və demişdir ki, iki qolun vurulmasında Finlandiya komandasının bəxti gətirmişdir.
O demişdir: “Son 15 dəqiqə ərzində hücümü davam etdirmək üçün futbolçularımızda güc qalmamışdı. Biz evdə keçirdiyimiz belə bir oyunda hökmən qalib gəlməliydik. Təssüflər olsun ki, komandanın müdafiə xəttində problemlər vardır. Qalib gələ bilməməyimizə çox təəssüflənirəm. Futbolçularımızın hamısı bacardıqlarını nümayiş etdirdilər. Onların beynəlxalq oyun təcrübəsi çox azdır. Beynəlxalq yarışlarda buraxılan səhvləri isə bağışlamırlar. Təssülər olsun ki, biz də bu gün səhvlərə yol verdik”.
Finlandiya yığma komandasının baş məşqçisi Stüart Baksterin mətbuat konfransında bildirmişdir ki, komandası oyuna yaxşı başlamışdır. Finlandiya futbolçuları topu 15-20 dəqiqə özlərində saxlaya bilirdilər. İkinci hissədə Azərbaycan komandası topa daha çox nəzarət edirdi. İkinci hissənin əvvəlində komandamız bir qədər müavizətini itirsə də, futbolçular özlərində güc taparaq rəqib qapısına iki qol vura bildilər.
Oyunda bir az da bəxtimiz gətirdi, qol vura bildik.
Biz çox şadıq ki, üç xal qazana bildik, bir dəfə Azərbaycan komandası bizdən xal ala bilmişdi.
Azərbaycan millisində qol vurmaq problemi vardır deyən baş məşqçi azərkeşlərin onu heyran etdiyini bildirmişdir.
Sonra yığma komandaların baş məqçiləri jurnalistlərin suallarını cavablandırmışlar.