FİNLANDİYADA KEÇİRİLƏCƏK OLİMPİYA FESTİVALINDA ÖLKƏMİZİ 12 CÜDOÇU TƏMSİL EDƏCƏKDİR
Bakı, 17 iyul (AZƏRTAC). Finlandiyanın Tampere şəhərində keçiriləcək Avropa Yeniyetmələrinin 10-cu Olimpiya Festivalında ölkəmizi 12 cüdoçu təmsil edəcəkdir.
Azərbaycan yığmasının heyyətində oğlanlardan - Kamran Bağırov (50 kq), Ceyhun Qatayev (55 kq), Mahir Cəfərli (60 kq), Cəlil Cəlilov (66 kq), Ruslan Fərruxzadə (73 kq), Orxan Məmmədli (81 kq), Səbuhi Axundov (90 kq), Andrey Fətiyev (90-dan yuxarı), qızlardan isə Aişə Qurbanlı (48 kq), Şəfəq Muradzadə (52 kq), Rövşanə Hüseynova (57 kq), və Xanım Hüseynova (63 kq) mübarizə aparacaqlar.
İyulun 21-dən 24-dək keçiriləcək cüdo yarışlarında idmançılarımız yarışa məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]