Finlandiyadan İsveçrəyə uçan təyyarə sərxoş sərnişinə görə Berlinə məcburi eniş edib
Berlin, 24 aprel, AZƏRTAC
Finlandiyadan İsveçrəyə uçan sərnişin təyyarəsi sərxoş sürücünün aqressiv hərəkətləri ilə əlaqədar Berlin-Brandenburq aeroportuna məcburi eniş edib.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Helsinki-Sürix reysi üzrə hərəkət edən təyyarənin sərnişini, 42 yaşlı Finlandiya vətəndaşı hava gəmisindəki digər sərnişinlərə və ekipaj üzvlərinə qarşı aqressiv və təhqiramiz hərəkətlər edib. Yaranmış vəziyyətlə əlaqədar pilot Berlin aeroportuna eniş etmək qərarına gəlib.
Hava limanında polis əməkdaşları finlandiyalı sərnişini saxlayıblar. Onun yüksək miqdarda spirtli içki qəbul etdiyi müəyyən olunub. Həmin şəxs barəsində inzibati qaydada araşdırmalara başlanılıb və o, 2200 avro məbləğində cərimələnib.
Prosedurlar başa çatdıqdan sonra sərnişin sərbəst buraxılıb. İnsidentdən sonra təyyarə yenidən havaya qalxıb və Sürix istiqamətində uçuşu davam etdirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]