Fond: Təsdiqlənmiş subsidiyanın 67,9 milyon manatı sahibkarlara ödənilib
Bakı, 13 dekabr, AZƏRTAC
Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək Sahibkarlığın İnkişafı Fonduna 6333 müraciət daxil olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, bunlardan 5047-nə subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manatdır və 67,9 milyon manatı sahibkarlara ödənilib.
Qeyd edək ki, faiz subsidiyası pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il martın 10-na aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]