Formula 1 Azərbaycan Qran-Prisində 1500-dən çox könüllünün iştirakı planlaşdırılır
Bakı, 20 dekabr, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisində 1500-dən çox könüllünün iştirakı planlaşdırılır.
Könüllülük proqramı ilə bağlı elan verildikdən sonra ilk gün ərzində artıq 6 mindən çox müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan resursları şöbəsinin rəhbəri İranə Əhmədova bildirib.
O qeyd edib ki, könüllü olmaq üçün proqram çərçivəsində 9 mindən çox gənc qeydiyyatdan keçib. Hətta xaricdən gələn müraciətlər də var və say məhdud olduğu üçün ciddi seçimlər edilməlidir. Seçim zamanı liderlik, komanda ilə birgə işləmək bacarığı, kommunikasiya, tolerantlıq kimi kriteriyalar əsas götürülür.
İ.Əhmədova bildirib ki, seçimlə bağlı 100-dən çox müsahibə keçirilir.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]