Formula 1 ilə əlaqədar Bakı metrosunun iş rejimi 2 saat uzadılacaq
Bakı, 17 sentyabr, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
QSC-dən AZƏRTAC-a bildirilib ki, idman yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, iki gün metropolitenin iş rejimi 2 saat uzadılacaq.
Belə ki, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metrosunun bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]