Fövqəladə Hallar Nazirliyi yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bakı, 10 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
“Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir. Unutmayaq ki, qaydalara biganəlik həyatımız üçün təhlükədir. Təhlükə zamanı 112-yə zəng etmək lazımdır”,- deyə müraciətdə qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]
Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
- 09.06.2026 [15:01]
Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol
- 09.06.2026 [14:40]