FÖVQƏLADƏ HALLARIN QAŞISININ ALINMASINDA ƏMƏKDAŞLIQ ZƏRURİDİR
Nazirliyin ictimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildirmişlər ki, K.Heydərov rusiyalı diplomatı yeni təyinatı münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır.
Səfir Vasili İstratov ölkələrimiz arasında sıx əlaqələrin olduğunu, ikitərəfli münasibətlərin inkişafı istiqamətində böyük irəliləyişlərin baş verdiyini vurğulamışdır. O, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, gördüyü işlər, ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin perspektivləri, habelə bu yaxınlarda Bakıda Azərbaycan və Rusiya fövqəladə hallar nazirlikləri arasında imzalanan “2006-2008-ci illərdə əməkdaşlıq barədə kompleks fəaliyyət planı”nda nəzərdə tutulan müddəaların yerinə yetirilməsi ilə maraqlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan nazirliyin fəaliyyətindən danışan K.Heydərov yeni sistemin formalaşdırılmasında Rusiyanın bu sahədəki təcrübəsinin öyrənildiyini, özünün və Rusiya Federasiyasının fövqəladə hallar naziri Sergey Şoyqunun Moskvaya və Bakıya qarşılıqlı səfərlərinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət etdiyini bildirmişdir. O, nazirliklər arasında imzalanmış kompleks fəaliyyət planında mütəxəssislərin hazırlanması, informasiya mübadiləsi, Azərbaycana xilasetmə işləri, ekoloji yanğınların qarşısının alınması üçün texnikanın, o cümlədən aviasiya texnikasının gətirilməsi və s. məsələlərin nəzərdə tutulduğunu vurğulamış, fövqəladə halların qarşısının alınmasında işbirliyinin əhəmiyyətindən söhbət açmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]