FRANSA ƏFQANISTANA ƏLAVƏ HƏRBİ QÜVVƏ GÖNDƏRƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Əfqanıstanda 24 saatlıq rəsmi səfərdə olmuş Fransa ordusunun baş qərargah generalı Anri Banteja bu ölkədəki beynəlxalq hərbi qüvvələrin tərkibində olan Fransa kontingentinin sayının yaxın vaxtlarda artırılacağını bəyan etmişdir.
Ötən ilin avqust ayından BMT-nin mandatı ilə Əfqanıstanda yerləşdirilmiş beynəlxalq hərbi kontingentə komandanlıq edəcək Fransa bu ölkəyə əlavə 300 əsgər göndərməyi qərara almışdır. Beləliklə, Əfqanıstanda fransız əsgərlərinin sayı min nəfərdən artıq olacaqdır.
Hazırda Əfqanıstanda 30 ölkənin 6500 əsgəri vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]