Fransa Kommunist Partiyasının rəhbəri ölkədə iğtişaşlar zamanı sosial şəbəkələrin bağlanmasını təklif edib
Bakı, 2 iyul, AZƏRTAC
Fransa Kommunist Partiyasının lideri Fabien Russel iğtişaşlar zamanı ölkədə sosial şəbəkələrin bağlanmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “France Info” radiostansiyasına müsahibəsində bildirib.
Fabien Russel sosial medianın rolunun araşdırılmalı olduğunu söyləyib. Qeyd edib ki, ölkədə iğtişaş olanda sosial şəbəkələr söndürülməlidir. “Mən sosial şəbəkələrə münasibətdə fövqəladə vəziyyətin tətbiqinə üstünlük verirəm”, - deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, şənbə gecəsi ölkəni bürümüş növbəti iğtişaşlar dalğası zamanı 1,3 mindən çox insan saxlanılıb. Hüquq-mühafizə orqanlarının 79 əməkdaşı yaralanıb. Asayişi təmin etmək üçün hakimiyyət yüngül zirehli texnika və helikopterlərdən istifadə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]