Fransa Kuboku matçı oyunçunun ürək tutması səbəbindən dayandırılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Futbol üzrə Fransa Kubokunun beşinci raundunun “Marli-la-Vil” və “Versal” komandaları arasında keçirilən oyunu 28-ci dəqiqədə oyunçulardan birinin ürək tutması səbəbindən dayandırılıb.
AZƏRTAC “Le Parisien” gündəlik qəzetinə istinadən xəbər verir ki, “Marli”nin müdafiəçisi 28 yaşlı İdriss meydanda yıxıldıqdan sonra hakim oyunu saxlayıb.
“Versal”ın məşqçisi Yusef Şibi deyib ki, oyunçu qazonun üzərinə oturub və əllərini sinəsində çarpazlayıb. Məşqçi bildirib: “O, nəfəs almağa çalışır, amma bunu edə bilmirdi”.
Təcili yardım həkimi və yanğınsöndürən tərəfindən zərərçəkənə 1 saat ərzində yerindəcə kömək göstərilib. Onlar defibrillyatordan və ürək masajından istifadə ediblər.
Daha sonra oyunçunu yanğın helikopterində Paris yaxınlığındakı bir xəstəxanaya çatdırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]