Fransa Milli Assambleyasına yeni sədr seçilib
Paris, 19 iyul, AZƏRTAC,
Fransada 17-ci çağırış Milli Assambleyada qanunverici orqanın deputatları sədr seçiblər.
AZƏRTAC xəbər verir ki, iyulun 7-də növbədənkənar parlament seçkilərində seçilmiş deputatlar ilk dəfə iyulun 18-də mümkün hökumət koalisiyasının yarana biləcəyi, parçalanmış Milli Assambleyanın sədrinin seçilməsi üçün toplaşıblar.
Milli Assambleyanın sabiq sədri, makronçu Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Assambleyaya sədr seçkiləri 3 turda keçirilib. Seçkilərin birinci turunda kommunist Andre Şassen (André Chassaigne) 200 səslə birinci olub. İfrat sağçı Sebastien Çenu (142 səs) və Assambleyanın sabiq sədri Yael Braun-Pivet (124 səs) 2-ci və 3-cü yerləri bölüşüblər.
İkinci turda Assambleyanın sabiq sədri, makronçu Yael Braun-Pivet 210 səslə birinci olub. Nəhayət, üçüncü turda Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Ancaq Baş nazir vəzifəsinə namizəd irəli sürmək üçün müzakirələr hələ davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]