Fransa səfirliyinə viza üçün müraciət edən vətəndaşların nəzərinə
Bakı, 18 iyun, AZƏRTAC
Fransanın Azərbaycandakı səfirliyi viza müraciətləri ilə əlaqədar açıqlama yayıb.
Açıqlamada deyilir ki, yay fəsli ilə əlaqədar Fransa səfirliyinin konsulluq şöbəsinə ünvanlanan viza müraciətləri xeyli dərəcədə artıb. Bununla əlaqədar, Azərbaycan vətəndaşları viza müraciətlərini səfər tarixindən zəruri müddət öncə təqdim etməyə dəvət olunurlar.
Viza müraciətinin təqdim edilməsi üçün TLS agentliyi tərəfindən müəyyən edilən görüş üçün gözləmə vaxtı 10 iş günüdür. Təqdim olunmuş viza müraciətinin konsulluq tərəfindən baxılması üçün isə 3 iş günü zəruridir.
Konsulluğun işçi heyəti peşəkar, yaxud istirahət səfəri planlaşdıran Azərbaycan vətəndaşlarına səfərin hazırlanması zamanı bu məlumatda qeyd olunan müddətləri nəzərə almağı tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]