Fransa ticarətdə qeyri-müəyyənlik səbəbindən bu il üçün ÜDM artımı proqnozunu endirib
Bakı, 11 aprel, AZƏRTAC
Fransa hökuməti ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin mümkün nəticələrini qeyd edərək, 2025-ci il üçün iqtisadi göstəricilərin artım proqnozunu endirib.
AZƏRTAC TF1 telekanalına istinadla xəbər verir ki, maliyyə naziri Erik Lombar yerli telekanalın efirində müvafiq bəyanatla çıxış edib. Məlumdur ki, iki ay əvvəl Avropa dövlətinin parlamenti Fransanın ÜDM-in 0,9 faiz artacağı proqnozuna əsaslanaraq, cari ilin milli büdcəsini qəbul edib. Lombar qeyd edib ki, Fransa hökuməti Vaşinqtonla ikitərəfli danışıqların gedişindən asılı olaraq ÜDM artımı proqnozunu yüksəldə və ya endirə bilər.
“Qeyri-müəyyənliyi nəzərə alaraq artım proqnozumuzu 0,7 faizə endirmək qərarına gəldik”, - deyə Fransanın maliyyə naziri bildirib.
O əlavə edib ki, Fransa hökuməti bu il büdcə kəsirinin ÜDM-in 5,4 faizə endirilməsi planına əməl etmək niyyətindədir. Səlahiyyətlilər ÜDM artımı proqnozunun endirilməsinə baxmayaraq, bu il əhali üçün vergiləri artırmayacaq və ya dövlət xərclərinə düzəliş etməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]