Fransada baş verən yanğınlar bir gündə 850 hektar meşə sahəsini məhv edib
Paris, 26 iyul, AZƏRTAC
Fransanın Od (Aude) departamentində baş verən yanğın 850 hektar meşə sahəsini məhv edib. İyulun 3-də bu regionda yanğın nəticəsində 300 hektar meşə məhv olmuşdu.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, quraqlıq və külək alovun qısa müddətdə yayılmasına səbəb olub. İyulun 25-dən başlayan yanğının bu gün qarşısının alınmasına baxmayaraq 300 yanğınsöndürən hələ də ərazidə iş aparır. Yanğınlara görə 90 nəfər evakuasiya edilib. Yanğının söndürülməsinə 900 yanğınsöndürən, 1 vertolyot və 9 təyyarə cəlb olunub. Yanğın nəticəsində bölgədə 100 min ev elektriksiz qalıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris