FRANSADA BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN QALMIŞ 45 MƏRMİ TAPILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yerli sakinlərdən birinin verdiyi xəbər əsasında Ruan şəhərinin mülki təhlükəsizlik idarəsinin mina axtaranları hadisə yerinə gələrək xüsusi cihazların köməyi ilə əvvəlcə üç mərmi aşkar etmişlər. Sonra ərazidə geniş qazıntı işləri aparılmış və daha 42 mərmi tapılmışdır.
Ümumi çəkisi 1935 kiloqram olan mərmiləri sahədən təmizləmək üçün polislər altı saat vaxt sərf etmişlər.
Mərmiləri nəzərdən keçirmiş mütəxəssislər onların Birinci Dünya müharibəsindən qaldığını bildirmişlər.
Uzun müddət torpaq altında qalmış məpmilərin partlayış törətmək qabiliyyətlərini itirmədikləri müəyyən edilmişdir.
Mərmilər təhlükəsiz yerə aparılaraq zərərsizləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]