Fransada koronavirusa 1191 yoluxma halı qeydə alınıb
Paris, 9 mart, AZƏRTAC
Fransada Səhiyyə Nazirliyi COVID-19-la bağlı yeni rəqəmlər açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, indiyədək ölkədə 21 ölüm, 1191 yoluxma halı qeydə alınıb. Halbuki, dünən axşam 19 ölüm və 1126 yoluxma halı olduğu bildirilmişdi.
İdman naziri Roksana Maracinanu (Roxana Maracineanu) mətbuat konfransında idman tədbirləri ilə bağlı müstəsna vəziyyətlərdən danışıb. Polis prefekturası Çempionlar Liqası çərçivəsində PSG və Borussia Dortmund görüşünün qapalı keçiriləcəyini bildirib.
İqtisadiyyat naziri Brüno lö Mer isə mətbuat konfransında əhalini həmrəy olmağa çağırıb. Hökumətin koronavirus epidemiyasının iqtisadi nəticələri ilə bağlı gördüyü tədbirlər barədə məlumat verib. O, ölkə iqtisadiyyatı tempinin azalmasını, bunun ÜDM-in kifayət qədər böyük hissəsini əks etdirəcəyini diqqətə çatdırıb. Luvr muzeyində ziyarətçilərlə bağlı xüsusi məhdudiyyətlər qoyulub. Bu gündən 300 mindən çox məktəbli üçün təhsil müəssisələri bağlanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]