Fransalı atlet şüvüllə tullanma yarışının qalibi olub
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də “EYOF 2019”un atletika yarışlarının dördüncü günündə oğlanlar arasında şüvüllə tullanma və qızlar arasında çəkicatma yarışlarında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günündə oğlanlar arasında şüvüllə tullanma növündə fransalı Antoni Ammirati qızıl medalın sahibi olub. Gümüş medalı Finlandiya Yuho Alasaari, bürünc medalı isə Belarus Dimitri Marfuşkin qazanıblar.
Qızların çəkicatma yarışında Finlandiya təmsilçisi Silya Kosonen 72,35 metr nəticə ilə çempionluğunu rəsmiləşdirib. İtaliyalı Reçele Mori ikinci, Ester İmariaqbi isə üçüncü pillədə qərarlaşıblar.