Fransalı hücumçu Messiyə məxsus rekordu yeniləyib
Bakı, 17 aprel, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kilian Mbappe növbəti tarixi nailiyyətə imza atıb.
AZƏRTAC xəbər verir ki, fransalı hücumçu UEFA Çempionlar Liqası tarixində ən gənc yaşda 70 qol həddinə çatan altıncı futbolçu olub. Bu göstərici ilə Mbappe dünya futbolunun əfsanələrindən biri olan Lionel Messiyə məxsus rekordu yeniləyib. Belə ki, Messi uzun müddət Çempionlar Liqasında 70 qola ən gənc yaşda çatan oyunçu kimi liderliyini qoruyurdu.
Statistikaya əsasən, Mbappe bu həddə 27 yaş 116 günlüyündə çatıb. Messi isə 70-ci qolunu 27 yaş 134 günlüyündə vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]