Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub

Bakı, 14 iyun, AZƏRTAC 

İyunun 14-də Bakı Kitab Mərkəzində “Tarixlə üz-üzə” layihəsi çərçivəsində “İosif Orbelinin kitabının yoxa çıxmasının səbəbləri haqqında” elmi kitaba həsr olunmuş seminar keçirilib. Kitabın müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, politoloq və tarixçi Fuad Axundovdur.

AZƏRTAC xəbər verir ki, kitaba ad kimi seçilmiş mövzu fəaliyyəti regionun alban dini abidələrinin erməniləşdirilməsinə yönəldilmiş erməni tarixçilərinin, etnoqraflarının və kilsə xadimlərinin saxtalaşdırmaları nəticəsində Cənubi Qafqaz tarixində yaranmış boşluqları doldurmaq baxımından son dərəcə əhəmiyyətlidir.

Seminarı Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq qeyd edib ki, “kitab barədə bilavasitə onun müəllifindən daha yaxşı heç kim danışa bilməz”.

Sonra G.Rzayeva tədbirin moderatorunu - Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovu təqdim edib. R.Hüseynov deyib: “Bu mövzuda araşdırmalar çoxdan aparılır. Fuad Axundov İosif Orbelinin faktiki olaraq itirilmiş kitabını Sankt-Peterburq arxivlərində tapıb”.

Fuad Axundov bildirib ki, bu nəşr internetdə yayıldıqdan sonra kitabın yerləşdirildiyi resurs 10 min dəfədən çox haker hücumuna məruz qalıb. Politoloq deyib: “Bu onu göstərir ki, bu kitab çox qiymətli informasiya daşıyıcısıdır. Rəqəmsal inqilabın spesifikasını nəzərə alaraq biz bütün kitab və filmləri internetdə yerləşdiririk və bütün hücumlara baxmayaraq onlar mühüm funksiyalar daşıyır”.

Müəllifin sözlərinə görə, artıq şərtlər dəyişib. Əgər əvvəllər Ermənistan öz tarixini özü yazırdısa, xalqını elmə zidd fikirlərlə yolundan azdırırdısa, indi internet sayəsində erməni xalqının alternativ tarixi öyrənmək imkanı yaranıb. “Hər halda mən ermənilərdən rəylər alıram. Doğrudur hələlik Ermənistanın hüdudlarından kənarda yaşayan ermənilərdən. Onlar bildirirlər ki, bu faktlarla heç vaxt tanış olmayıblar. Elə bunun özü o deməkdir ki, artıq buz hərəkətə gəlib”, - deyə F.Axundov qeyd edib.

Kitabının bir nüsxəsini “Exo Moskvı” radiostansiyası vasitəsilə Nikol Paşinyanın xanımına təqdim etdiyini bildirən F.Axundov deyib: “Bir həftə sonra mənə bildirdilər ki, kitab N.Paşinyanın xanımına çatıb. O tez-tez deyir ki, Qanzasarı çox sevir. Buna görə də xahiş etdim ki, kitabın nüsxəsini ona versinlər və o, Qanzasarın həqiqi tarixi ilə tanış olsun. Mən radiostansiyanın efirində Paşinyanın xanımına onu da bildirdim ki, əgər o, Qanzasarı erməni mənəviyyatının ürəyi adlandırırsa, orada ermənilərə aid heç nə yoxdur”.

Kitabın yazılmasına ən yaxşı alimlərin cəlb olunduğunu bildirən müəllif deyib: “Tam əminliklə deyə bilərəm ki, Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub.

“İ.Orbelinin kitabı təqribən 100 il elmi dairələrdə itirilmiş sayılıb. İ.Orbeli Qanzasarın Ermənistanın siyasi mərkəzi olması barədə erməni istorioqrafiyasının postulatını tamamilə inkar edir. Müəllif öz kitabında Qanzasarda Müqəddəs Vəftizçi Yəhya peyğəmbər kilsəsinin divarında yazıların tərcüməsi zamanı yol verilmiş səhvləri və sonradan edilmiş əlavələri göstərib. Müəllif faktiki olaraq erməni kilsəsinə qarşı çıxır”, - deyə F.Axundov diqqətə çatdırıb.

Onun sözlərinə görə, erməni tərəfi son 160 ildə Qanzasarda baş kilsənin divarlarında yazıların tərcüməsi zamanı alban katolikosunun patriarx rütbəsini xatırlatmamağa üstünlük verib. Müəllif deyib: “Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, xristian dünyasında ən yüksək patriarx rütbəsi alban katolikoslarında olub. Müqəddəs Vəftizçi Yəhya Kilsəsinin divarındakı yazıda “albanların katolikosu Nersesin patriarxlığı” dövründə alban dini liderinin titulu tamamilə aydın tərcümə olunub. Bu, onu göstərir ki, Alban Apostol Kilsəsi müstəqildir və ona İsa Peyğəmbərin həvariləri tərəfindən xeyir-dua verilib, yəni avtokefaldır və erməni-qriqorian kilsəsinə heç bir aidiyyəti yoxdur”.

Lakin F.Axundov əmindir ki, ermənilər alban xalqının katolikosu Nersesin dini liderliyi haqqında fraqmentin olmasını gizlətməyə çalışır və hazırda baş kilsənin divarındakı yazılara dəyişiklik edərək və ya lövhələri dəyişdirərək sübut etməyə çalışırlar ki, Dağlıq Qarabağ torpaqları onlara məxsusdur. “Qanzasardakı yazılar həmin dövrdə alban xalqının artıq mövcud olmaması barədə erməni alimlərinin və ermənipərəst alimlərin iddialarını təkzib edir. Bu yazılar dəqiq göstərir ki, həmin torpaqlar alban xalqına məxsus olub, alban knyazları və Alban kilsəsi tərəfindən idarə olunub. Bunlar ermənilərin Cənubi Qafqaza tarixi-coğrafi mənsubiyyəti haqqında mifi təkzib edir”, - deyə F.Axundov vurğulayıb.

Yeri gəlmişkən, F.Axundovun qeyd etdiyi kimi, qarabağlı erməni K.Şahnazarov bildirib ki, onlar əvvəlcə türk olublar, sonra erməniləşiblər. “O deyib ki, soyadındakı həm “şah”, həm də “nəzər” sözləri erməni deyil, türk mənşəlidir, eləcə də ulu babasının adı - Hüseyn erməni mənşəli deyil. K.Şahnazarovun bu bəyanatı Ermənistan ictimaiyyətində güclü tənqid dalğası yaradıb. “Alban Avtokefal Kilsəsinin və xristian türklərin irsinin bərpası uğrunda hərəkat”ın rəhbəri Artur Ağacanov hesab edir ki, Qafqaz Albaniyasının erməni-qriqorian kilsəsi tərəfindən məhv edilmiş irsi regionun türk xalqları ilə qırılmaz surətdə bağlıdır”, - deyə nəşrin müəllifi qeyd edib.

Sonra “Azer-Globe” İctimai-Siyasi Araşdırmalar İnstitutu nəzdində Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov, tarixçi- türkoloq Elşad Əlili, Azərbaycanın Alban-Udin Xristian İcmasının rəhbəri Robert Mobili çıxış edərək bu tapıntının əhəmiyyətini və erməni tərəfinin regionun erməniləşdirilməsinə yönəldilmiş saxtalaşdırmalarına və yalanlarına gələcəkdə yol verilməməsinin əhəmiyyətini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb