Futbol üzrə Azərbaycan Premyer Liqası: "Zirə" komandası "Səbail"i məğlub edib
Bakı, 12 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Zirə" komandası öz meydanında "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu matçın 73-cü dəqiqəsində Rəhim Sadıxov vurub.
"Zirə" bu nəticədən sonra xallarının sayını 22-yə çatdıraraq dördüncü pilləyə yüksəlib. On xalı olan "Səbail" isə yeddinci sırada qalıb.
Günün ikinci matçında "Neftçi" komandası "Bakcell Arena"da "Zirə"ni sınağa çəkəcək.
Xatırladaq ki, turun açılış oyununda "Şamaxı" evdə "Sumqayıt"a 4:2 hesabı ilə qalib gəlib.
Tura noyabrın 13-də keçiriləcək "Kəpəz” - “Turan Tovuz” və “Sabah” - “Qarabağ" görüşləri ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]