Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ən böyük hesablı qələbəsi qeydə alınıb
Bakı, 9 mart, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019-2020-ci il mövsümünün rekordu qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Qəbələ” ən böyük hesablı ev qələbəsinin müəllifi olub. Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqi ilə qələbə qazanan ilk komanda olub.
Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilmiş XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.
Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.
“Neftçi” isə Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Premyer Liqanın XX turunda “Sabah”la ev oyununda 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar” mövsümdə 10-cu, ölkə çempionatları tarixində 450-ci dəfə azarkeşlərini sevindirib.
“Neftçi” bu göstəricidə mütləq rekordçudur. 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan paytaxt klubu qələbə sayında bütün komandaları qabaqlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]