FUTBOL ÜZRƏ ÇEMPİONLAR LİQASI TURNİRİNİN 18 FİNAL MƏRHƏLƏSİNİN MARAQLI OYUNLARI
(İngiltərə), “Verder”(Almaniya)-“Yuventus”u (İtaliya), “Bavariya” (Almaniya)- “Milan”ı (İtaliya), PSV “Eyndhoven” (Hollandiya)-“Lion”u (Fransa), “Ayaks” (Hollandiya)-“İnter”i (İtaliya), “Benfika” (Portuqaliya)-“Liverpul”u (İngiltərə), “Qlazqo Reyncers” (Şotlandiya)-“Vilyarreal”ı (İspaniya) qəbul edəcəkdir.
Ən maraqlı, gərgin mübarizə “Çelsi”-“Barselona”, “Real”-“Arsenal” və “Bavariya”-“Milan” oyunlarında gözlənilir. Təəccüblü də olsa, hazırda qitənin ən güçlü klublarından sayılan “Barselona” Çempionlar liqasında cəmi bir dəfə (1992-ci il) qalib gəlmiş, “Çelsi” isə, ümumiyyətlə, qalib gəlməmişdir. Hər iki klubun ölkə çempionatlarında son oyunlarını (“Valensiya”-“Barselona” 1:0, “Middlsbro-“Çelsi” 3:0) uduzmalarına baxmayaraq, hazırda birinçiliklərdə liderlik edən bu komandaların mübarizəsi maraqlı olmalıdır. Həmin komandaların Çempionlar liqasının keçənilki turnirinin 1\004 finalındakı görüşləri (“Barselona”-“Çelsi” – 2:1, 2:4), əlbəttə, futbolsevərlərin yadından çıxmamışdır. Mütəxəssislərin fikrincə, bu cütlüyün qalibinin turnirdə qələbə qazanmaq şansı çox böyükdür.
“Bavariya”-“Milan” görüşündə hazırda üstünlüyün almanlarda olduğu güman edilsə də (“Bavariya” 9 xal fərqlə ölkə çempionatında birincidir, “Milan” isə lider “Yuventus”dan 12 xal az toplayaraq “İnter”lə birlikdə 2-3-cü yerləri bölüşdürür, kubok yarışlarında isə orta səviyyəli ”Palermo”ya uduzmuşdur - 1:0, 0:3), builki turnirdə nəyəsə nail olmaq “Milan” üçün yeganə şansdır və onlar bu fürsətdən istifadə etməsələr, həm baş məşqçi Karlo Ançelottinin, həm də bəzi oyunçuların klubdan qovulmaq ehtimalı var.
“Real”-“Arsenal” görüşündə böyük üstünlük ispanların tərəfində olsa da (“Real” turnirin doqquzqat qalibidir, ölkə çempionatının son oyunlarını da inamla keçirir, “Arsenal” isə İngiltərə çempionatında dördüncü yerdə qərarlaşmışdır, son oyunları da yaxşı təsir bağışlamır), iki görüşün nəticəsinə görə, ispanların mütləq qalib gələcəyini qəti demək olmaz.
“Verder”-“Yuventus”, “Ayaks”-“İnter”, “Benfika”-“Liverpul” görüşləründən sonra hər iki italyan və ingilis klubunun 1\004 finala çıxmaq ehtimalı böyükdür.
Elə də güclü olmayan PSV “Eyndhoven”-“Lion” və “Qlazqo Reyncers”-“Vilyarreal” cütlüklərinin qalibləri sonrakı püşk nəticəsində 1\004 finalda bir-biri ilə qarşılaşsalar, digər üç cütlükdə görüşəcək güclü klubları təsəvvür etmək olduqça maraqlıdır.