Futbol üzrə gənclər arasında 2019-cu il dünya çempionatı Polşada keçiriləcək
Bakı, 19 mart, AZƏRTAC
Futbol üzrə gənclər arasında (20 yaşadək) 2019-cu il dünya çempionatı Polşada, yeniyetmələr arasında (17 yaşadək) dünya çempionatı isə Peruda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının prezidenti Canni İnfantino təşkilatın şurasının Boqotada keçirilən iclasının yekunları ilə bağlı şərhində söyləyib. O deyib: “Polşa futbol üzrə gənclər arasında 2019-cu il dünya çempionatına, Peru isə yeniyetmələr arasında dünya çempionatına ev sahibliyi edəcək”.
Yeniyetmələr arasında 2017-ci il dünya birinciliyi Hindistanda keçirilib, İngiltərə yığması qalib olub. Elə həmin il gənclər arasında dünya çempionatı Cənubi Koreyada təşkil olunub. İngiltərəlilər burada da qələbə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]