Füzulidə postdan icazəsiz keçməyə cəhd edən şəxs saxlanılıb
Bakı, 31 iyul, AZƏRTAC
Füzuli rayonu istiqamətində nəzarət buraxılış postundan müvafiq icazə olmadan keçməyə cəhd edən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, iyulun 31-də Füzuli rayonu ərazisindəki nəzarət postundan keçmək istəyən bir nəfərin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin özünə aid olmaması şübhə doğurduğundan araşdırmalar aparılıb. Nəticədə həmin şəxsin Masallı rayonunun Xırmandalı kənd sakini Vüsal Fərzəliyev olduğu müəyyənləşdirilib.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində toplanmış materiallar əsasında məsələyə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Vüsal Fərzəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 8 sutka müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]