Füzulidə şəhidlərin xatirəsi yad olunub
Füzuli, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İctimai birliklər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şəhidlərin ruhuna dualar oxunub. Daha sonra şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin qarşısına tər çiçəklər düzülərək, onların əziz xatirələrinə dərin ehtiram ifadə olunub.
Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi anılıb.