“Garbnews” portalı: Azərbaycan daha 16 kəndi işğaldan azad edib
Qahirə, 7 noyabr, AZƏRTAC
Misirin “Garbnews” informasiya portalı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün rəsmi “Twitter” hesabında rəşadətli Ordumuzun daha 16 kəndi azad etməsi barədə paylaşımını yayıb.
Ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə AZƏRTAC-a istinadla yayılan xəbərdə bildirilir ki, Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etdiyini bəyan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [19:21]
Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
- 27.08.2026 [00:02]