GDU-nun komandası startap müsabiqəsində qalib olub
Gəncə, 18 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi və “Prime Cotton” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “HackCotton” startap müsabiqəsində Gəncə Dövlət Universitetinin (GDU) Kimya və biologiya fakültəsinin tələbələrindən ibarət “CottonDrop” komandası da iştirak edib.
GDU-dan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müsabiqənin yekun nəticələrinə əsasən, “CottonDrop” komandası I yerə layiq görülüb. Müsabiqədə respublika üzrə 9 ali təhsil müəssisənin 15 startap komandası iştirak edib. GDU komandasının təqdim etdiyi layihə innovativliyi, elmi əsaslandırılması və praktiki tətbiq potensialına görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Startap müsabiqəsinin qalibi olan “CottonDrop” komandası inkubasiya proqramına qəbul edilib və komanda üzvləri olan Kimya və biologiya fakültəsinin tələbələri – Zeynəb Nağıyeva, İsfəndiyar Aslan, Rəşid İsmayılov vəZəhra İsgəndərova 1500 (min beş yüz) AZN məbləğində pul mükafatına layiq görülüb.