Gecə yarısından bəri İtaliyanın Lampeduza adasına 329 miqrant gəlib
Roma, 25 avqust, AZƏRTAC
İtaliyanın cənubundakı Lampeduza adasına gecə yarısından bəri dəniz yolu ilə ümumilikdə 329 miqrant qəbul olunub.
AZƏRTAC xəbər verir ki, azyaşlılar və qadınlar da daxil olmaqla, miqrantlar İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən müxtəlif ölçülü qayıqlardan xilas ediliblər. Mühacirlərin Misir, Tunis, Eritreya, Sudan və Malayziya vətəndaşı olduqları bildirilib.
Son 36 saat ərzində ümumilikdə 1330 miqrantın, ötən sutkada isə 992 miqrantın olduğu 50-dək qayıq Lampeduza adasındakı limana yan alıb.
Qeyd edək ki, son illərdə İtaliya Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. İlin əvvəlindən İtaliya 85 mindən çox miqrant qəbul edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]