Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu taqımının əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman “VAZ 2110” markalı avtomobilin sürücüsü, Gədəbəy rayon sakini, İsmət Allahverdiyevin yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb. Bu zaman avtomobildə çoxsaylı elektrik naqilləri olması, sürücünün özünü qeyri-adekvat aparması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının İ.Allahverdiyevin ətrafında apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Gədəbəy rayon Qarıkənd kəndi ərazisində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlayıblar. Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]