GƏDƏBƏYDƏ FUTBOLUN İNKİŞAFINA DİQQƏT YETİRİLİR
Bakı, 27 aprel (AZƏRTAC). Regional Futbol Federasiyalarının (RFF) prezidenti İsgəndər Cavadov, qurumun vitse-prezidenti Maşallah Əhmədov və baş mütəxəssisi Füzuli Nəcəfov Gədəbəydə futbolun inkişaf perspektivləri ilə tanış olmaq üçün bu rayona gəlmişdir.
Səfər çərçivəsində RRF-nin nümayəndələri Gədəbəy rayonu icra hakimiyyəti başçısı Kamran Rzazadə ilə görüşmüşlər. İcra başçısı Gədəbəydə futbolun inkişafına xüsusi diqqət ayrılacağına, yaxın gələcəkdə burada peşəkar klubun yaradılacağını diqqətə çatdırmışdır.
Daha sonra qonaqlar yerli futbol ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
Səfərin yekununda isə yaşıl meydançada rayonun uşaqlardan ibarət “Gədəbəy” və “Slavyanka” komandaları arasında oyun olmuşdur. İ.Cavadovun topa ilk toxunuşu ilə başlanan görüş Gədəbəy komandasının qələbəsi ilə başa çatmışdır - 1:0.
Qarşılaşmadan sonra Maşallah Əhmədov görüşdə yeganə qolu vuran Rəşad Cəfərov və Gəbəbəy komandasının qapıçısı Faiq Hüseynovun oyununu bəyəndiyini söyləmişdir. M.Əhmədov Gədəbəydə peşəkar komanda olmadığı üçün, hər iki futbolçunun yeni yaranan “Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılova tövsiyə edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]