Gədəbəyin meşələrində bərpa işləri aparılır
Gəncə, 3 dekabr (AZƏRTAC). Gədəbəydə 30 min 250 hektar meşə sahəsi vardır. Lakin hər il meşələrin yaşıl örtüyünün azalması burada bərpa işlərinin həyata keçirilməsi zərurətini ön plana çəkir.
Buna görə də Gədəbəy meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi hər il payız və yaz mövsümlərində seyrəkləşmiş yaşıllıq zolaqlarında yeni ağaclar əkir.
AZƏRTAC xəbər verir ki, meşəçilər hazırda Qalakənd, Saratovka, Qızılca və Şınıx kəndləri ərazisində yeni ağac tinglərinin basdırılmasına başlamışlar. Bununla yanaşı, müəssisənin işçiləri keçən il 160 hektar ərazidə salınmış yaşıllıqlara da aqrotexniki xidmət göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]