Gələn həftənin əvvəli üçün gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 27 dekabr, AZƏRTAC
Ölkəmizdə gələn həftənin əvvəli üçün gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-7° isti, gündüz 7-10° isti olacağı gözlənilir. Dekabrın 30-da isə hava dəyişkən buludlu olacaq. Hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 4-6° isti, gündüz 10-15° isti olacaq.
Azərbaycanın əksər rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Şimal rayonlarında isə temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-6° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]