Genadi Maxnovski: Əsas rəqiblərimizdən biri Azərbaycan komandasıdır
Bakı, 6 iyun, AZƏRTAC
"Azerbaijan International 2019" turniri yüksək səviyyədə təşkil olunub. Bu vaxta qədər belə möhtəşəm turnirdə çox az iştirak etmişik. Buna görə turnirə çox ciddi hazırlaşmışıq. Biz bu turnirdə əsas heyətlə çıxış edirik. Bu yarışda əsas rəqiblərimizdən birinin Azərbaycan milli komandasının olduğunu vurğulamaq istəyirəm.
Bu sözləri "Azerbaijan International 2019" turnirində iştirak edən Ukrayna milli komandasının baş məşqçisi Genadi Maxnovski AZƏRTAC-a müsahibəsində bildirib.
Xalqımızın qonaqpərvərliyindən məmnunluqla danışan ukraynalı məşqçi deyib: “Artıq neçə gündür ki, Bakıdayıq. Çox gözəl şəhərdir. Həmçinin yerli əhali bizi çox mehriban qarşılayır. Burada təhlükəsizliklə bağlı heç bir problemimiz olmayıb. Bura bizim üçün daim doğma şəhər olub. Özümüzü rahat hiss edirik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]