Gənc alim və mütəxəssislər arasında müsabiqə təşkil ediləcək
Bakı, 5 iyul, AZƏRTAC
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında müsabiqə keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün iddiaçılar CV formasını, elmi əsərlərin siyahısını (nüsxələr əlavə olunmaqla), eyni zamanda, elmi-tədqiqat işinin aktuallığını, müasirliyini, metodologiyasını, nəzəri və praktiki əhəmiyyətini və s. xüsusiyyətlərini əks etdirən poster (ilkin olaraq elektron formada) təqdim etməlidirlər.
Müsabiqə qaliblərinə pul (I yer - 500 manat, II yer - 300 manat, III yer - 200) və sertifikat veriləcək.
Sənədlər müsabiqə komissiyasında iyulun 12-dək qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]