GƏNC AZƏRBAYCAN MÜƏLLİMLƏRİ ABŞ-DA STAJ KEÇƏCƏKLƏR
Proqramda iştirak ali məktəblərin müəllimlərinə yeni tədris kursları hazırlamağa, peşə bacarığını və tədris vərdişlərini təkmilləşdirməyə imkan verəcəkdir. Proqramdan məqsəd ölkəmizdə ali təhsilin inkişafını, tədqiqat fəaliyyətini və demokratik cəmiyyəti dəstəkləməkdir.
Ölkəmizdə 1998-ci ildən həyata keçirilən proqramda indiyədək 82 müəllim iştirak etmişdir. Proqramın Azərbaycandan beş təqaüdçüsü ABŞ universitetlərindən birində beşaylıq staj keçmək üçün gələn ilin yanvarında bu ölkəyə gedəcəkdir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət proqramları bürosunun maliyyələşdirdiyi proqramı bu ölkənin beynəlxalq təhsil şuraları həyata keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]