“Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb
Bakı, 24 iyul, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında” əmr imzalayıb. Əmrə əsasən, 183 şagird qızıl, 39 şagird isə gümüş nişanla təltif olunub.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, universitetin nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri Camal Axundov, Cəfər Cəfərov, Aytac Əliyeva, Ömər İbrahimov, Rüxsarə Zamanlı qızıl, Fərəh Əzizi-Meşkin isə gümüş nişanla təltif olunublar.
Onların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:53]
Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
- 16.06.2026 [16:45]