GƏNC LİDERLƏR AZƏRBAYCAN DİASPORUNUN VƏZİYYƏTİNİ MÜZAKİRƏ ETMİŞLƏR
Bakı, 10 mart (AZƏRTAC). Martın 10-da “Gənc Liderlər” Uşaq Təşkilatının (GLUT) qərargahında “Azərbaycan diasporasının durumu: uğurlar və problemlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Bir sıra məktəblərin uşaq parlamentlərinin sədrləri və diaspor nümayəndələrnin iştirak etdiyi tədbirdə son illər Azərbaycan diasporunun qazandığı uğurlardan, bəzi ölkələrdə lobbiçilik insitutumuzun inkişafından və ermənilərin yaratmq istədikləri problemlərdən danışılmışdır.
GLUT-un sədri F.Şahbazlı ermənilərin yalan və iftira dolu informasiya savaşının qarşısını almaq üçün gəncləri fəal olmağa səsləmişdir.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Mərkəzinin sədri Nüsrət Məmmədov Qırğızıstandakı Azərbaycan diasporunun vəziyyəti barədə məlumat vermiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətin gördüyü işləri yüksək qiymətləndirmişdir.
Çıxışlarda ümummilli problemlərimizlə bağlı diaspor nümayəndələrimizin yaşadıqları ölkələrin mətbuatında çıxış etmələrinin vacibliyi xüsusi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]