GƏNC LİDERLƏR PEŞƏKAR JURNALİSTLƏRLƏ GÖRÜŞMÜŞLƏR
Qazax, 15 avqust (AZƏRTAC). Qazaxda Gənc Liderlər üçün Yay Universitetinin iştirakçıları avqustun 15-də rayonda fəaliyyət göstərən muzeylərdə və rəsm qalereyasında, Heydər Əliyev Elm Mərkəzində olmuşlar. Mərkəzin Qafqazda yeganə olan planetarisində onlara göy cisimləri, kainatda gedən proseslər haqqında geniş vizual məlumat verilmişdir.
Sonra Daşsalahlı kəndindəki Damcılı bulağı başında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlu, telejurnalist Qulu Məhərrəmli və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ilə görüş olmuşdur. Qonaqlar gənc liderlərə jurnalistikanın tarixi, müasir jurnalistika, bu sahədə mövcud olan problemlərdən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra hər sahədə olduğu kimi, jurnalistika sahəsində də nəzərəçarpacaq inkişaf baş vermişdir. Hazırda ölkəmizdə mətbuatın inkişafı və söz azadlığının təmin edilməsi dövlətin diqqət mərkəzindədir. Məlumat verilmişdir ki, Azərbaycanda 3500-dən çox qəzet qeydiyyatdan keçmişdir.
Görüş gənc liderlərlə diskussiya şəklində davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]