Gənc müəllimlərin 3-cü forumu keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
İyunun 17-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tədris ilinin sonlarına həsr olunan, eyni zamanda, əməkdaşlıq və şəbəkələşmənin artırılması üçün “Gənc müəllimlərin 3-cü forumu”nu təşkil edəcək.
AGMA-dan AZƏRTAC-a verilən məlumata görə, forumun birinci hissəsində dövlət rəsmiləri, qonaqlar və gənc müəllimlər iştirak edəcəklər. İkinci hissədə isə müəllimlər 20-25 nəfərlik qruplara bölünərək 1,5 saatlıq vorkşoplara cəlb olunacaqlar. Hər qrupa bir qonaq spiker mentorluq edəcək.
Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda fəaliyyət göstərən 300 müəllimin iştirakı nəzərdə tutulub. İştirakı təsdiq olunmuş müəllimlərə iyunun 12-də e-mail vasitəsilə məlumat göndəriləcək.
Qeydiyyat iyunun 8-dək aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]