GƏNC ŞAHMATÇILARIN ÖLKƏ ÇEMPİONATINDA VÜQAR RƏSULOV VƏ NƏRGİZ UMUDOVA LİDERLİK EDİRLƏR
Bakı, 21 aprel ( AZƏRTAC). Şahmat Federasiyasından bildirmişlər ki, Respublika Şahmat Mərkəzində 20 yaşadək oğlan və qızlar arasında keçirilən respublika çempionatında 7 tur oynanılmışdır.
Oğlanların yarışında liderliyi ələ almış Gəncə şahmatçısı Vüqar Rəsulov 7 mümkün xaldan 5 xal toplamışdır. Əlizamin Cəfərli (Lənkəran) və Ülvi Bacarani (Bakı) 4 xalla 2-3-cü yerləri bölüşürlər.
Qızların mübarizəsində isə Nərgiz Umudova (Bakı) 5 xalla ən yaxın rəqibini 1 xal qabaqlayır. Türkan Həsənova (Şəmkir) 4 xalla 2-ci , Aysel Bəxtiyarlı 3 xalla 3-cü pilləni tutur.
Çempionatda ilk 3 yeri tutan şahmatçılar Federasiya, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr, diplom və medallarla mükafatlandırılacaqlar.
Yarışa aprelin 22-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]