Gəncə şəhərində Qurban Bayramı münasibətilə bayram namazı qılınıb
Gəncə, 28 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində Bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda başlayıb. Yüzlərlə şəhər sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, şəhərin “Kəpəz-Bazarı” ASC-də, “İmamzadə” Dini Kompleksinin qurbangahında, M.Bağırov və Bayan küçələrinin ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə İslam qaydaları əsasında qurbanlar kəsilib.