“Gəncə” voleybol klubunun baş məşqçisi: Mükafatçılar sırasında olmaq istəyirik
Bakı, 7 dekabr, AZƏRTAC
“Düşünürəm ki, növbəti oyunlarda daha da yaxşı çıxış edəcəyik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” voleybol klubunun baş məşqçisi Sergey Çasnavitski Yüksək Liqanın IV turunda səfərdə "Abşeron”a 0:3 hesabı ilə məğlub olduqları oyunu şərh edərkən deyib.
Belaruslu mütəxəssis məqsədlərinin mükafatçılar sırasında yer almaq olduğunu bildirib: “Komandada özünəinam problemi var. Yaxşı oynayırıq, lakin haradasa çatışmazlıqlarımız olur. Hər şey öz əlimizdədir. Bütün gücümüzlə çalışırıq. İlk sıralarda olmaq istəyirik”.
S. Çasnavitski komandasının qış hazırlıq planından da söz açıb: “Zəif nöqtələrimizi bilirik. Bu istiqamətdə işlər aparılır. Yanvarda yeni transferimiz olacaq. İnanıram ki, daha yaxşı komanda olacağıq”.
Qeyd edək ki, dörd turdan sonra 3 xalı olan “Gəncə” klubu “Milli Aviasiya Akademiyası” ilə birlikdə turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]