Gəncədə bıçaqla adam öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa təhvil verilib
Bakı, 28 iyun, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində bir nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, baş polis idarəsinin və şəhər prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]