GƏNCƏDƏ EKOLOGİYA İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Hippokrat Sağlamlığın Keşiyində İctimai Birliyi Gəncədə ekologiya sahəsində yazan gənc jurnalistlər üçün ikigünlük seminar təşkil etmişdir. Bölgədə nəşr olunan kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə ətraf mühitin qorunması ilə məşğul olan idarə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən seminar-müşavirədə ekoloji maarifləndirmə mövzularında bir neçə məruzə dinlənilmiş və gənc jurnalistlərə məsləhətlər verilmişdir.
Ətraf mühitin qorunması istiqamətində həlli vacib məsələlərlə bağlı jurnalistlərin suallarına aydınlıq gətirildikdən sonra maraqlı fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]